20 Oktyabr, 2014
Jurnalistlər üçün “Səfərbərlik və müharibə dövründə KİV” - Treninq

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən jurnalistlər üçün “Səfərbərlik və müharibə dövründə KİV” mövzusunda treninq keçiriləcək. Bu barədə APA-ya Xidmətdən məlumat verilib.

Noyabr ayında təşkili planlaşdırılan treninqdə jurnalistlərə medianın səfərbərlik dövründə fəaliyyəti, davranış qaydaları barədə məlumat veriləcək. Qanunvericilik izah olunacaq.

Treninqlərə bütün KİV-lərdən jurnalistlər cəlb olunacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!