20 Oktyabr, 2014
Hicaba qarşı böyük hörmətsizlik – FRANSADA

Opera artistləri müsəlman tamaşaçını qovdu: “Ya başını aç, ya da get”

Fransada hicablı müsəlman xanıma opera izləməyə icazə verilməyib. Parisdə “La Traviata” adlı tamaşanı izləmək üçün həyat yoldaşıyla operaya gəlib ön sıralarda outran qadın, aktyorların tələbiylə salondan çıxarılıb.

Simsar.az Der Spiegel jurnalına istinadən xəbər verir ki, tamaşanın yarısında ön sıralarda oturan hicablı müsəlman xanımı görən aktyorlar, operanı yarıda kəsiblər. Teatr rəhbərliyinə xəbər verildikdən sonra qadın salondan çıxarılıb.

Aktyorlar qadın salonda qaldığı müddətdə davam etməyəcəklərini deyiblər. İnsanlığa yaraşmayan bir mədəniyyətsizlik nümayiş etdirən opera aktyorları müsəlman xanıma bildiriblər ki, ya başını aç, ya da salonu tərk et.

Hadisədən sonra Fransa Mədəniyyət Nazirliyi, baş verə biləcək belə hadisələrin qarşısını ala bilmək üçün, Opera, teatr, muzey kimi ictimaiyyətə açıq yerlərə hicab qadağasına əməl edilməsi üçün təlimat göndərib.

Qeyd edək ki, Fransada 2011-ci ildən hicab qadağası tətbiq edilir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!