20 Oktyabr, 2014
Ər-arvad avtomobildə yandı

Hacıqabulda ər-arvad avtomobildə yanaraq ölüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 18-də saat 18 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yüksək gərginlikli elektrik xəttinin biri qırılaraq şəhər sakini Ayət Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üstünə düşdüyündən yanğın baş verib.

Nəticədə sürücü A.Abdullayev və sərnişini - arvadı Seyran avtomobildə yanaraq ölüblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!