20 Oktyabr, 2014
“Neftçilər”də bina yandı - FOTOLAR

Bakının Nizami rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib.

Simsar.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə,  rayonun Qara Qarayev prospekti – “Neftçilər” metro stansiyası yaxınlığında 9 mərtəbəli binada yanğın baş verib.

Sakinlərin bildirib ki, yanğın binanın zirzəmisindən başlayıb və qısa müddətdə bütün bloku əhatə edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub.

Yanğın saat 14:22 radələrində tam olaraq, söndürülüb.

Qeyd edək ki, binanının birinci mərtəbəsində Qadın məsləhətxanası yerləşir.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!