20 Oktyabr, 2014
“Karvan” rəhbərliyinə etiraz - Sahibkarlar narazıdır

“Ötən il oktyabrın 19-da Sumqayıtda “Karvan” Ticarət Mərkəzində baş verən güclü yanğın nəticəsində ziyan çəkən sahibkarlardan icarə haqqı alınacaq”.

Bu barədə Simsar.az-a ticarət mərkəzindəki sahibkarlar məlumat veriblər.

Sahibkarlar bildirib ki, ötən il “Karvan”da yanğın baş verdikdən bir ay sonra obyektləri yanan sahibkarlar icarə haqqı ödəməkdən azad olunsalar da dəyən zərərə görə onlara konpensasiya verilməyib.

Zərərçəkən sahibkar Fədailin sözlərinə görə, istifadəsində olduğu mağaza yandığı üçün bütün müştərilərini itirib: “Hadisədən sonra başqa yerə köçdüm. Çünki orda işləmək mümkün deyildi. Gördüyünüz bu dükan, 8 kvm-dir. Buna görə ayda 200 manat ödəməli oluram. Bəzi yoldaşlarımız isə elə orda qaldılar. Amma onlardan bir ildir ki, icarə haqqı alınmır. Keçən ilin bu günü də yanğın baş vermişdi. Artıq bir il tama olub. Bundan sonra “Karvan”da fəaliyyət gösrərən hər bir sahibkardan icarə haqqı alınacaq”.

Fədail yanğından sonra heç kimə konpensasiya verilmədiyini və yerini dəyişdikdən sonra müştərilərini itirdiyini də söyləyib: “Gündə maksimum bir-iki şalvar sata bilirəm. Bankların kreditlərini göclə ödəyirəm. Toylarda bir yandan göz açmağa macalı vermir”.

Xatırladaq ki, ötən il oktyabrın 19-da Sumqayıtda “Karvan” Ticarət Mərkəzində güclü yanğın baş vermişdi. Yanğın nəticəsində, orda fəaliyyət göstərən sahibkarlara külli mkiqdarda ziyan dəyib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!