20 Oktyabr, 2014
Axtarışda olan 6 nəfər tutulub

Bir gündə 56 cinayət hadisəsi baş verib

Dünən Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınıb. DİN-dən Simsar.az-a verilən əlumata görə, artıq bu cinayətlərdən 22-si “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə isə 19 nəfər tutulub.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!