20 Oktyabr, 2014
Şad xəbər! Hava mülayimləşəcək, temperatur yüksələcək

Oktyabrın 22-23-dən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək. Bu barədə Simsar.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!