20 Oktyabr, 2014
Rusiya xarici avtomobillərdən imtina edir

Rusiya hökuməti dövlət qurumları üçün xarici istehsallı texnikaların alınmasını qadağan etməyə hazırlaşır.

Simsar.az-ın məlumatına görə, hökumət avtomobillərin, metalurgiya və ağır maşınqayırma texnikalarının xaricdən gətirilməsinə qadağa tətbiq etmək niyyətini açıqlayıb.

Hökumətdə düşünürlər ki, Rusiyanın belə məhsulları Avrasiya İttifaqına üzv ölkələrdən alması daha uyğun ola bilər.

Məlumatda o da bildirilib ki, Rusiya Avropa Birliyi ölkələrinə, o cümlədən ABŞ, Kanada, Avstraliya və Norveçə qarşı embarqo tətbiq edib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!