20 Oktyabr, 2014
İki nazir istefa verdi

Yaponiyada iki nazir istefa verib.

Simsar.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Yaponiyanın  ticarət və sənaye naziri Yuko Obuçinin istefasından sonra ədliyyə naziri Midori Matsuşima da istefa ərizəsini yazıb.

Qeyd  edək ki, 40 yaşlı Y. Obuçi öyən ay baş nazir Şinzo Abenin hökumətində yer alan beş qadından biridir. Bəzi analitiklər onun gələcəkdə baş nazir postuna keçəcəyini proqnozlaşdırırdılar.

Lakin ötən həftə onun vəzifəsindən sui-istifadə etdiyi və bir neçə min dollar mənimsədiyi barədə iddialar ortaya çıxıb.

M. Matsuşima isə festivalda tərəfdarlarına siyasətini təbliğ edən vərəqələri paylamaqda ittiham edilirdi. Müxalif Demokrat Partiyası bunun seçki qanuvericiliyinə zidd olduğunu bildirərək onun istefasını tələb edib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!