20 Oktyabr, 2014
Şimali və Cənubi Koreya üz-üzə: Qardaş qanı tökülür

Şimali Koreya və Cənubi Koreya sərhədində vəziyyət gərginləşir. Simsar.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi, Şimali və Cənubi Koreya sərhəddində yaradılan silahsız bölgədə əsgərlərin bir-birlərinə atəş açdığını açıqlayıb. Açıqlamada atışma zamanı ölənlərin olmadığı bildirilir.

Qeyd  edək ki, 2 ölkənin sərhəddində son həftələrdə yaşanan sərhəd pozuntuları və sıxıntılar bölgədə gərginliyi artırır. Cənubi Koreya Müdafiə Nazirliyinin açıqlamasına görə, Şimal qonşularının əsgərləri edilən xəbərdarlığa məhəl qoymayaraq sərhədi keçiblər və qarşı tərəfə atəş açıblar. Cənubdan şimal qardaşlarının bu addımına cavab verilib.

Məlumat üçün bildirək ki, 2 ölkə arasında 1950-1953-cü illər arasında aktiv davam edən müharibə bir atəşkəslə dayandırıldı. Lakin heç bir sülh müqaviləsi imzalanmadı. Bu da o deməkdir ki, müharibə texniki olaraq davam edir.

Politoloqlar son həftələrdə baş verən hadisələrin yeni bir müharibə üçün qığılcım rolu oynaya biləcəyini deyirlər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!