20 Oktyabr, 2014
Bakıda avtomobil aşdı - Ölən və xəsarət alanlar var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 18-də Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Qismət Əliyev idarə etdiyi «Mercedes» markalı avtomobilin  idarəetməsini itirərək aşırıb.

Nəticədə, Q.Əliyev, sərnişinləri - 1993-cü il təvəllüdlü Taleh Dadaşov, 1983-cü il təvəllüdlü Vüsal Atakişiyev və 1963-cü il təvəllüdlü Niyaməddin Məsimzadə xəstəxanaya yerləşdiriliblər. Q.Əliyev aldığı bədən xəsarətlərindən orada ölüb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!