20 Oktyabr, 2014
“İŞİD”ə zərbə - Məşhur komandir öldürüldü

Kürd peşmərgə silahlılarının İraqın Diyala cəbhəsində başladığı əməliyyatlarda “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qrup ağır zərbə alıb.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, Diyalanın Akbaş qəsəbəsində peşməgə ilə “İŞİD” arasında toqquşma olub.

Toqquşma zamanı Hermin bölgəsi snayper birliyi komandiri Əbu Salam Musa Əl Musuli adlı şəxs və onun iki köməkçisi öldürülüb.

Əl Musulinin ölümünün “İŞİD” üçün ağır zərbə olduğu bildirilir.

Vüsal Qarayev

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!