20 Oktyabr, 2014
Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərdə

Silahlı qüvvələrimiz yaxın günlərdə dünyanın bir çox ölkəsində təşkil olucaq müxtəlif beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Simsar.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 20-dən 21-dək Rukla şəhərində Juozas Luksa Quru Qoşunları Təlim Mərkəzində təşkil olunan sərrast atıcılıq kursu ilə tanışlıq səfəri, oktyabrın 20-dən 24-dək İstanbul şəhərində Türkiyə Hərbi Dəniz Qüvvələrinin fərdi tədris sistemi ilə tanışlıq və təcrübə mübadiləsi, İzmir şəhərində əldə hazırlanmış partlayıcı qurğuların istifadə olunduğu yüksək təhlükəli mühitdə taktiki əməliyyatların aparılması kursu, Brüssel şəhərində tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, oktyabrın 21-dən noyabrın 13-dək Manama şəhərində "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı keçiriləcək.

Xəbər verdiyimiz kimi, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!