20 Oktyabr, 2014
Roma Papasının cinsi azlıqlarla bağlı arzusu...

Roma Papası Franceskonun cinsi azlıqlar və boşanıb təkrar evlənmək istəyənlərlə bağlı arzuları həyata keçməyib.

Simsar.az xəbər verir ki, katoliklərin lideri Franceskonun tələbiylə öncə Vatikanda toplanan kardinalların məclisi cinsi azlıqlar və boşanıb yenidən evlənənlər üçün “islahatlar” qərar verməyib.

Qeyd edək ki, Katolik kilsəsinin cinsi azlıqlar, abort və bu kimi məsələlərə daha anlayışlı yanaşması üçün Papa, cinsi azlıqlar və boşanıb təkrar evlənənlərə kilsənin razılıq verməsi üçün isahatların keçrilməsini istəmişdi.

Lakin dünyanın dörd bir yanından gələn 191 kardinalın iştirakı ilə keçrilən məclisdə fikir birliyinə nail olunmayıb. Papa isə bu məsələ haqqında yenidən düşünmək üçün növbəti məclisə qədər zamanın olduğunu deyib.

Vüsal Qarayev

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!