20 Oktyabr, 2014
Qəzza bombadan çıxıb, yağışa düşdü – FƏLAKƏT + FOTOLAR

Qəzza bölgəsi İsrailin son hücumlarından sonra hələ də xarabalıq olaraq qalır.

Simsar.az-ın məlumatına görə, payızın gəlişiylə başlayan yağışlar qəzzalıları çətin vəziyyətə salıb. Sığınacaqları olmayan bir çox ailə, yağışdan qorunmaq üçün məişət tullantılarından qurduqları kiçik çardaqlara sığınırlar.

Məlumat üçün bildirək ki, bu il iyulun 7-dən başlayaraq, İsrail ordusu Qəzzaya geniş miqyaslı hücum həyata keçirib. Nəticədə 2 mindən çox qəzzalı ölümüşdü. Avqustun sonunda isə atəşkəs elan edilmişdi. Mütəxəssislər bildirirlər ki, Qəzzanın yenidə qurulmasına uzun illər lazımdır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!