20 Oktyabr, 2014
ABŞ kürdləri silahlandırmağa başladı

ABŞ hərbi yük təyyarəsi Suriyanın Türkiyə ilə sərhəddə yerləşən və “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın mühasirəsind olan Kobani şəhərindəki kürd döyüşçülərə silah- sursat və dərman endirib.

Simsar.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ABŞ komandanlığı Kobani yaxınlığındakı terrorçuların mövqelərinə endirilən 135 zərbə nəticəsində “İŞİD”in irəliləməsini ləngidilib və yüzlərlə döyüşçünü məhv edilib.

Ümumiyyətlə isə sentyabr ayı ərzindı ABŞ Hərbi Hava Qüvvələri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn və Qətər aviasiyalarının dəstəyi ilə “İŞİD”ə zərbələr endirib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!