19 Oktyabr, 2014
Binəqədidə partlayıcı qurğu tapıldı

Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkarlanıb.

Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçiriblər.

Müəyyən olunub ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!