18 Oktyabr, 2014
ABŞ-dan bu ölkəyə sanksiya

ABŞ Macarıstana qarşı sanksiyalar tətbiq edib.

Simsar.az-ın məlumatına görə, bu haqda Vaşinqton diplomatlarına istinadən Macarıstan mətbuatı yazır.

Belə ki, bir sıra macar məmur və biznesmenlərin ABŞ-a girişi qadağan edilib. Konkret adlar göstərilmir.

Ehtimal olunur ki, baş nazir Viktor Orban və ona yaxın şəxslər, vergilər nazirliyinin yüksək vəzifəli işçilərinə qadağan olunub.

Macarıstan mətbuatı sanksiyaların hansı səbəblərə görə qoyulduğunu müzakirə edir. Ehtimal olunur ki, son vaxtlar Macarıstan ilə Rusiyanın yaxınlaşması sanksiyaların tətbiq olunması səbəblərindən biridir.

Macarıstanın Xarici İşlər Nazirliyi artıq ABŞ-dan izahat tələb edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!