18 Oktyabr, 2014
Ölkə çempionu bu arenada meydana çıxacaq – FOTO

Futzal üzrə 10 qat ölkə çempionu “Araz”ın gələn ay UEFA Kubokunun elit mərhələsinin oyunlarını keçirəcəyi məkanın adına aydınlıq gəlib. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi əvvəldən bilindiyi kimi Çexiyanın Xrudim şəhərində yox, ordan təxminən 11 km aralıda yerləşən Pardubitsedə oynayacaq.

Elit mərhələnin B qrupunun noyabrın 18, 19 və 21-də keçiriləcək görüşləri bu şəhərin “ÇEZ Arena”sında baş tutacaq. 1960-cı ildə tikilən bu arena 10300 tamaşaçı tutumuna malikdir. Bu kompleks 2002 və 2008-ci illərdə yeniyetmə hokkeyçilər üzrə dünya çempionatına şahidlik edib.

Qeyd edək ki, hazırda Avropanın III komandası olan “Araz”ın rəqibləri “Dina” (Moskva, Rusiya), “Slov-Matik” (Bratislava, Slovakiya) və “Era-Pak” (Xrudim, Çexiya) klublarıdır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!