18 Oktyabr, 2014
Ağadadaş Ağayev: "Hər şey var ondan başqa"

Simsar.az xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış müğənni Ağadadaş Ağayev sosial şəbəkələr haqqında danışıb.

Əməkdaşımızla söhbətində Ağadadaş müəllim nə üçün İnstagramda olmamasına belə aydınlıq gətirib:

"Çoxları bu sualı mənə verir ki, nə üçün instagramda yoxam. Mən də deyirəm hər şey var ondan başqa.

Sosiallaşmış həmkarlarımın bu addımlarını yüksək qiymətləndirirəm. Amma özüm hansısa şəbəkədə qeydiyyatdan keçmək niyyətində deyiləm. Qoy bu da mənim özəlliyim olsun".

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!