18 Oktyabr, 2014
Azad olunan “Nida”çılar Fəxri Xiyabanda olublar - FOTO + VİDEO

Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan “NİDA” Vətəndaş Hərəkatının keçmiş üzvləri - Elsevər Mürsəliyev və Bəxtiyar Quliyev Fəxri Xiyabanda olublar.

Simsar.az-ın məlumatına görə, onlar Heydər Əliyevin məzarını ziyarət ediblər.

E.Mürsəliyev və B. Quliyev bildiriblər ki, bundan sonra siyasi fəaliyyətlərini davam etdirməyəcəklər: “Bu humanist addımdır. Prezident İlham Əliyevə təşəkkür edirik”.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.

Əfv olunanların azadlıqdakı ilk video görüntülərini təqdim edirik. Qeyd edək ki, videonu facebook sosial şəbəkəsində jurnalist Anar Gəraylı paylaşıb.

Fotolar Musavat.com-a məxsusdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!