18 Oktyabr, 2014
“Dekabrda yeni əfv üçün iş gedir” – Elmira Axundova

“Növbəti əfv sərəncamının imzalanması üçün iş gedir”

Bunu Simsar.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının və  Milli Məclisin Sosial Siyasət Komissiyasının üzvü  Elmira Axundova deyib.

O bildirib ki, ölkə başçısı dünən əfv sərəncamı imzalayıb. Bu haqda danışmaq hələ tezdir: “Narahat olmayın, dekabrda növbəti əfv sərəncamının imzalanması üçün iş gedir”.

Bildirək ki, Prezident İlham Əliyev oktyabrın 17-də növbəti əvf sərəncamı imzalayıb. Sərəncam 84 nəfərə şamil edilib.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!