18 Oktyabr, 2014
"AŞ-yə alnıaçıq gedə biləcəyik" – Hüquq müdafiəçisi

“Bayram günündə yüzlərlə insan ailələsinə qovuşur. Ən sevindirici hal budur ki, hüquq müdafiəçisi Həsən Hüseynli, bloqqerlər və NİDA-çılar azadlığa çıxdılar”.

Bunu Simsar.az-a hüquq müdafiəsçisi Novella Cəfəroğlu ölkə başçısının imzaladığı əfv sərəncam münasibət bildirərkən deyib.

Yeni əvf sərəncamın imzalanacağı tarixi açıqlayan hüquq müdafiəçisi bildirib: “Ümid edirəm ki, dekabra qədər bizim siyahıda olan şəxslər azadlıqa buraxılacaq. Bununla da Avropa Şurasına alnıaçıq gedə biləcəyik. Bundan sonra siyasi məhbuslarla bağlı, heç kim, Azərbaycana iftira edə bilməyəcək. Bizim tərtib etdiyimiz siyahı qəbul olunsa çox sevinərik. Buna ümidimiz çoxdur”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!