18 Oktyabr, 2014
Ölmüş sevdiklərimizi üzərimizdə gəzdirə biləcəyik! - FOTO

İsveçrədə bir firma, insanların ölən yaxınlarını brilliyanta çevirib, üzərində gəzdirə bilməsi üçün xüsusi istehsala başlayıb.

İndi ölən yaxınlarınızı, itinizi, hətta özünüzü belə üstünüzdə gəzdirmək üçün imkan var.

Simsar.az xəbər verir ki, bunu etmək üçün sevdiyiniz insanın nəşini əvvəlcə külə çeviriməliniz. Bundan sonra həmin külü İsveçrdəki Alqordanza adlı firmaya yollayırsınız. Firma əvvəlcə ölən insanın külləri arasındakı karbonları araşdırır. Daha sonra kabonlar yüksək tempraturda qızdırılır və qara qələmə çevirilir. Qrafitlər 2700 dərəcədə qızdırılır.

Hazırlanan almazın rəngi küllərin içərisində olan maddənin miqdarından asılı olaraq, ağ və tünd mavi arasında dəyişir. Kiçik bir almazın qiyməti 4259 İsveçrə frankından başlayır.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!