17 Oktyabr, 2014
Belluskoni Putinlə görüşdü

Rusiya prezidenti Vladimir Putin, Milanda İtaliya keçmiş baş naziri Silvio Belluskoni ilə görüşüb.

Simsar.az BBC-yə istinadən xəbər verir ki, Milanda həyata keçirilən 10-cu ASEM toplantısına qatılan Putin, Berluskoniyə baş çəkib. Hər zaman yaxın dost kimi tanınan liderlər, birlikdə 2 saat keçiriblər.

Xəbərə görə Putin, Belluskoniylə görüşmək üçün xüsusi icazə alıb. Putinin köməkçisi Dimitri Peskov xəbəri təsdiqləyərək, “Rəsmi görüşlərdən sonra Putin köhnə dostu Belluskonini görməyə getdi” – deyib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!