17 Oktyabr, 2014
Putin: “Ukrayna qazımızı oğurlasa…”

Rusiya Prezidenti Vladimir Putin Avropanın enerji təchizatında heç bir problem olmayacağına söz verib.

Simsar.az xəbər verir ki, Paytaxt Belqradda Serbiyanın baş naziri Aleksandr Vuçiç ilə görəşən Putin qarşıdan gələn qış mövsümündə problem olmayacağını bildirib:

“Bütün Avropaya çatacaq qədər təbii qaza sahibik. Ukrayna 2008-ci ildə olduğu kimi tranzit borulardan qaz oğurlasa, həmin qazı Avropadan alacağıq”.

Xatırladaq ki, Ukrayna baş naziri Arseniy Yaçenyuk Kiyevdə verdiyi açıqlamada təbii qaz tranzit razılaşması imzalanacağı təqdirdə Rusiya təbii qazının Avropaya ötürülməsinə zəmanət verə bilməyəcəklərini demişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!