17 Oktyabr, 2014
Prezident fərmana dəyişiklik etdi

Azərbaycan prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Simsar.az-ın məlumatına görə, prezident İlham Əliyevin imzaladığı fərmanda aşağıdakı məsələlər öz əksini tapıb:

“Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, № 11, maddə 995; 2013, № 9, maddə 1048; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 280 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:

“12-1. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sistemin elektron məlumatlarından real vaxt rejimində istifadə edir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!