17 Oktyabr, 2014
"Mövsümün ən yaxşı oyununu keçirdik"

"Uduzsaq belə, mən oyunçularımdan razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik. Ən azından heç-heçə edə bilərdik".

Simsar.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqanın 8-ci turunda məğlub olduqları "Neftçi" ilə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının mövsümün ən yaxşı oyununu keçirdiyini bildirib: "Mən futbolçulara təşəkkür edirəm. Mövsümün ən yaxşı oyununu keçirdik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr fərqlidir. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın. Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!