17 Oktyabr, 2014
“39 nəfər öldürmüşəm” – ETİRAF

Braziliyada mühafizəçi işləyən, 26 yaşlı Tiaqo Henriki Qomes da Roça 39 nəfər öldürdüyünü etiraf edərək dünyanın ən çox öldürən qatilləri sırasına qoşulub.

Simsar.az xəbər verir ki, Braziliya polisi qatili bir motosikletin dövlət nömrə nişanını oğurlamaq istəyərkən həbs edib. Azad edilən Roça, bir neçə gün sonra saxta nömrəli bir motosiklet idarə edərkən yenidən tutulub. Bu səfər də sərbəst qalmağı bacaran Roça, sadəcə nömrə oğurlamaqda ittiham olunub. Lakin sonra araşdırmalar onun dünyanın ən qəddar qatillərindən olduğunu göstərib. Polisi şübhələndirən isə, son zamanlarda artan və xalqı panikaya salan cinayət hadisələri olub. Polis, apardığı araşdırmalar nəticəsində, qurbanların öldürməmişdən qabaq, “soyğun var” deyə qışqıran, lakin sonra hadisə yerindn heç birşey oğurlamayan cinayətkarın Roça olduğunu aşkarlayıb.

Polis keçirdiyi əməliyyatla Roçanı anasıyla bilikdə evində həbs edib. Onun evindən cinaytləri törətdiyi tapança və oğurladığı dövlət nömrə nişanları maddi sübut kimi götürülüb.

Polis, törətdiyi cinayətləri etiraf edən Roçanın, seriyalı qatil olduğunu bildirib. Saxlandığı həbsxanada biləyini kəsərək intihar etməyə cəhd edən Roçaının qurbanları arasında bomjlar və cinsi azlıqlar da var.

Ən kiçiyi 14 yaşında olan qurbanlarını, motaskletlə küçədə gəzərkən təsadüfən seçən cinayətkarın, cinayətləri tapança ilə törətdiyi bildirilir.

Qeyd edək ki, dünyanın ən qəddar, təhlükəli seriyalı qatili olaraq göstrilən Kolumbiyalı Luis Qaravitonun sübuta yetirilən 138 qurbanı var. Sübut edilə bilinməyənlərlə birlikdə isə, onun 172 ilə 400 arasında insan öldürdüyü təxmin edilir.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!