17 Oktyabr, 2014
İŞİD bunu da etdi

Suriya və İraqda geniş ərazilərə nəzarət edən “İslam Dövlət” (İŞİD) terror qruplaşması “Hərbi Hava Qüvvələri”ni təqdim edib.

Simsar.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD hərbi qənimət götürdüyü təyyarələrin ilk uçuşunu həyata keçirib.

Məlumata görə, terror qruplaşmasının əlində üç təyyarə var. İŞİD-in üzvlərinə təyyarələri idarə etməyi İraqdan Suriyaya gələn ekstremistlər öyrədib. Qeyd olunur ki, terror qruplaşmasının nəzarətində Suriya ordusunun döyüşsüz tərk etdiyi bir neçə təyyarə bazası var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!