17 Oktyabr, 2014
Müsavatda Arif Hacılı və ofis qalacaq – FƏZAİL AĞAMALI

“Son vaxtlar gedən proseslər göstərir ki, Müsavat Partiyası cəmiyyətdə yetərincə ciddi sosial dayaqlara malik deyil”.

Bunu Simsar.az-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı qurultaydan sonra Müsavat Partiyası daxilində gedən proseslərə münasibət bildirərkən deyib. O bildirib ki, Müsavat Partiyasının aparıcı funkisionerləri zaman-zaman aparılan siyasətdən narazı qaldıqları üçün istefa veriblər: “Qurultaydan öncə partiyanın başqanın ətrafında bir-iki nəfərdən başqa kimsəni görmək mümkün deyildi. Düşünürəm ki, qurultaydan sonra Müsavat Partiyası aparıcı funkisionerlərdən də məhrum olacaq. Bu partiyada Arif Hacılı və bir də ofis qalacaq və ofis partiyasına çevriləcək. Hadisələrin gedişi də bunu bir daha təsdiq edir”.

Proseslərin bu cür cəryan etməsinin səbəbini açıqlayan deputat bildirib ki, Müsavat Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin məntiqinə söykənərək düzgün siyasət qurmur. Məhz buna görə də partiya sıralarını tərk edənlərin sayı artır: “Hazırda inkarçılıq, radikallıq, qərəzli münasibət və hadisəyə subyektiv yanaşma, vaxtilə müxalifətin aparıcı qüvvəsi olan Müsavatı zəif təşkilata çevirir”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!