16 Oktyabr, 2014
Prezidentin səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri başa çatıb.

Simsar.az-ın AzərTac-a istinadən məlumatına görə, Düşənbə Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan dövlətinin başçısı Emoməli Rəhmon yola salıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Tacikistana ötən gün səfər etmişdi. İki ölkə arasında hökumətlərarası sazişlər imzalanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!