16 Oktyabr, 2014
Putin Avropaya xəbərdarlıq etdi

Rusiya prezidenti Vladimir Putin Avropaya təbii qazın nəqli ilə bağlı xəbərdarlıq edib.

Simsar.az-ın məlumatına görə, Rusiya lideri bu qış Avropanın böyük tranzit riski ilə qarşılaşa biləcəyini ehtimal edib. Putin Serbiyaya səfəri zamanı jurnalistlərə bildirib ki, əgər Ukrayna Rusiyadan gələn qazı tranzit kəmərlərdən oğurlamağa başlasa, onda Rusiya alıcıların hesabına həmin miqdarda qazı kəsməkdə davam edəcək.

Ancaq Putin deyib ki, o, vəziyyətin bu hala gəlib çıxmayacağına ümid edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!