16 Oktyabr, 2014
İŞİD dövlətləri hədələdi

“Olland, Kameron, Putin! Müsəlmanlara qarşı birlik olun. Uduzacaqsınız”

Həmişə ABŞ-ı hədələyən İŞİD terror təşkilatı, bu dəfə Amerika ilə yanaşı Almaniyanı, İngiltərəni və Rusiyanı da hədələyib. Son yaydıqları videoda bir təşkilat militanı Putin, Angela Merkel kimi liderləri hədələyərək, “1400 ildi sizi gözləyirik” sözlərini deyib.

Simsar.az “Die Welt” qəzetinə istinadən xəbər verir ki, videodakı Alamaniyadan İŞİD sıralarına qatılan militan ABŞ-a səslənərək, “Sizləri gözləyirik, 1400 ildi sizləri gözləyirik” deyərək, “Eynisi sizlərə də aiddir, ey almanlar! Murdar Merkel! Sən İsrailə hədiyyələrini ver. Hamınız toplanım. Olland, Kameron, Putin! Müsəlmanlara qarşı birlik olun. Uduzacaqsınız” sözlərini işlədib.

Videoda Almaniya, Avstrya və Isveçdəki müsəlmanlara səslənən Alman militan, “Zibillərlə birlikdə yaşamayın. İŞİD-ə qoşulun. Allah yolunda döyüşün”  deyib.

“Die Welt” qəzetindəki xəbərə görə, videodakı militan “Ebu Davud” ləqəbli alman Maykl N., Almaniyada 2012-ci ildə qadağan edilən “Millatu İbrahim”  təşkilatına qoşulub və həmin il də ailəsilə birlikdə Misirə gedib. Daha sonra isə qısa müddət Misirdə yaşayıb və ordan da Suriyaya keçib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!