16 Oktyabr, 2014
“Əsəd rejimi” Yəhudi muzeyində – FOTOLAR

Vaşinqtonda “Yəhudi Soyqrımı Muzeyi”ndə Suriyada baş verən hadislərin insanı dəhşətə salan fotoları sərgilənir. İddia edilir ki, fotolar Bəşər Əsəd rejiminin müxalifətə tətbiq etdiyi işgəncələrin sübutudur.

Simsar.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan hərbi polisin sizdırdığı şəkillər bu gün sərgilənməyə başlanıb.

Muzeyin direktoru Kameron Hudson şəkillərin bir neçə ay sərgilənəcəyini deyib və fotoları sərgiləmələrinin məqsədindən danışıb: “Rejimdən qaçaraq bu fotoları bizə verən insan, Suriyda nələrin baş verdiyini göstərən bu fotoları ölkə xaricinə çıxararaq həyatını riskə atıb. Bu həqiqətləri ictimaiyyətə çatdırmaq bizim borcumuzdur”.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!