16 Oktyabr, 2014
İŞİD geri çəkilir

Kobanidə xairici əlaqələrdən məsul İdris Nassen, koalisiya gücləri tərəfindən həyata keçirilən hava əməliyyatları nəticəsində, İŞİD güclərinin geri çəkildiklərini bildirib.

Simsar.az-ın məlumatına görə, AFP xəbər agentliyinə məlumat verən Nassen, beynəlxalq koalisiya güclərinin İŞİD-ə qarşı bir neçə gündür güclü əməliyyatlar həyta keçirdiklərini deyib: “Bu əməliyyatlar sayəsində şəhərin yüzdə 30-na sahib olan İŞİD-in əlində indi sadəcə şəhərin yüzdə 20-dən də azı qalıb”.

Kürd güclərinin İŞİD-i şəhərin şərq və cənub-şərq bölgələrindəki mövqelərindən çıxararaq geri qovduqlarını deyən Nassen, “onlarla vuruşmaq üçün daha çox hava əməliyyatına və silah-sursata ehtiyacımız var” deyib.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!