16 Oktyabr, 2014
Himalay dağında uçqun: 38 ölü

Nepalın Himalay dağları ərazisində qar uçqunu insan tələfatına səbəb olub.

Simsar.az-ın məlumatına görə, uçqun nəticəsində ölənlərin sayı, ən son məlumatlara görə, 38 nəfərə çatıb. Onların arasında əcnəbi turistlər də var.

Xilasedicilər Himalay dağlarında təcrid olmuş 117 nəfəri xilas edə biliblər.

Uçqunun baş verdiyi rayonlarda qar altında daha onlarla turistin qaldığı istisna edilmir. Axtarışlar davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!