13 Aprel, 2011
2006-cı ilə qədər pensiyaya çıxanlara müjdə

Onların sayı 900 min nəfərdi

«APA-ECONOMICS»in məlumatına görə, ötən gün keçirilən Nazirlər Kabinetinin müşavirəsində ölkə prezidenti İlham Əliyev bununla bağlı hökumətə müvafiq tapşırıq verib. 

«Bu sahədə müəyyən ədalətsizlik var. Bu ədalətsizlik ona görə yaranıb ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olunub və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. Azərbaycanda bütövlükdə 1,3 mln. nəfərə yaxın pensiyaçı var, onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxıb. Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır», - deyə dövlət başçısı vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!