13 Aprel, 2011
Sahibkarların bacarıqlarını necə artırmaq olar?

Nazirlik “Bacarıqların inkişaf etdirilməsi” kursu üzrə treninqləri davam etdirir

İqtisadi İnkişaf Nazirliyinin və Almaniyanın “GİZ” təşkilatının dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Management Traninq” Proqramı çərçivəsində sahibkarlar üçün “Bacarıqların inkişaf etdirilməsi” kursu üzrə treninq keçirib. 
25-dən çox sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlara stimullaşdırma, qərarların qəbul edilməsi, idarəetmə bacarığı, liderlik, innovasiyanın tətbiq edilməsi və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində sahibkarlara tədris-metodiki vəsaitlər paylanıb. onlara sertifikatlar təqdim edilib.
Növbəti treninq aprelin 23-də keçiriləcək. Treninqlərin regionlarda da təşkil edilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!