15 Oktyabr, 2014
Siqaret çəkənlərə pis xəbər

Ümumdünya Səhiyyə Təşkilatı siqaret çəkməyi tərgitdirmək üçün tütünə vergini artırmağı təklif edir.

Simsar.az virtual.org-a istinadən xəbər verir ki, təşkilatın təkliflər paketi oktyabrın 15-də təsdiqlənib. Bundan əvvəl təşkilat verginin 70 faiz olmasını təklif edirdi.

Ancaq yeni təkliflərdə deyilir ki, bütün ölkələr üçün məqbul olan vahid vergi dərəcəsi yoxdur.

Siqareti tərgitməkdə ölkələrin özləri də addımlar atır. Hindistan oktyabrın 15-də elan edib ki, tütünün ziyanı barədə xəbərdarlıq satılan siqaret qutusunun səthinin azı 85 faizini örtməlidir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!