15 Oktyabr, 2014
Hərbi gəmilər Xəzərə çıxarıldı

İran və Rusiya Xəzər dənizində birgə təlimlər keçirib.

Simsar.az-ın məlumatına görə, təlimlər qaçaqmalçılıqla birgə mübarizə, dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilib.

Təlimlərə Rusiyanın 2 freqatı və İran Dəniz Qüvvələrinin gəmiləri cəlb olunub.

İran Dəniz Qüvvələrinin komandiri Habibullah Səyyari bildirib ki, təimlərin keçirilməsi üçün bir müddətdir ki, rusiyalı həmkarları ilə müzakirələr aparılıb:

"Xəzər dostluq dənizidir. Bura xarici qüvvələr daxil olmamalıdır. Xəzəryanı ölkələrlə birgə çalışaraq, dənizin bizə verdiyi nemətlərdən bütün ölkələr yararlanmalıdır".

Qeyd edək ki, İran hərbi gəmiləri ötən ay Bender Abbas limanında 2 Çin hərbi gəmisilə də birgə təlimlər keçirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!