15 Oktyabr, 2014
İKT-yə dair yeni dövlət proqramı qəbul ediləcək

Azərbaycan texnoloji inkişafın yeni mərhələsindədir. Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət strategiyası təsdiqlənib və onun həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yeni dövlət proqramının qəbul edilməsi gözlənilir.

AzərTAc xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda "НР Azerbaijan" şirkətinin yeni ofisinin açılışındakı çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, yeni dövlət proqramı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya çərçivəsində” qəbul olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!