15 Oktyabr, 2014
Tanınmış türk müğənnisi Bakıda konsert verdi

Bakıda,  Türkyənin Azərbaycandakı   səfirliyinin təşəbbüsüilə   1-cisi keçirilən  “Türkiyə Caz Festivalı” çərçivəsində qardaş ölkənin tanımış caz ifaçısı Şenay Lambaoğlu konsert verib.

Simsar.az-ən məlumatına görə, Ş. Lambaoğlu Bakı musiqsevərləri üçün bir-birdən dəyərli caz  musiqilərini ifa edib. Caz ifaçısı,  Azərbaycanda keçiriləcək bu möhtəşəm  festivalda iştirak etməsindən  məmnun olduğunuda qeyd edib.

Qeyd edək ki,  Şenay Lambaoğlunun konsertində Türkiyənin Azərbaycandakı səfiri  Alper Coşkun və türkiyəli ifaçı Oya Ergün də iştirak edib.

 

Məlumat üçün bildirək ki,  oktyabr ayının 10-dan 16-na qədər keçirilən  “Türkiyə Caz Festivalı”  çərçivəsində,  Türkiyədən bir çox tanınmış caz ustaları,  Azərbaycana gəlib.

Festivalın son günü yəni  16 oktyabr,  Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı  Oya Ergünün konserti olcaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!