15 Oktyabr, 2014
UEFA qalmaqallı oyunu araşdırır

UEFA "Avro-2016"nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb.

Simsar.Az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, ali futbol qurumunun İntizam Komitəsi Serbiyada baş verən olaylarla bağlı bütün detalları təhlil edəcəyi və lazımi qərarı verəcəyini açıqlayıb.

Qeyd edək ki, matçın 44-cü dəqiqəsində helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağının meydançaya endirilməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Belədə matçın baş hakimi Martin Atkinson oyunun təxirə salındığını elan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!