15 Oktyabr, 2014
Şəkidə sahibkarlar üçün tədbir keçirilib

Sahibkarların maarifləndirilməsi, onlara metodiki köməkliyin, məsləhət və innovasiya xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər keçirilir. Simsar.az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən növbəti tədbir bu gün Şəkidə keçirilib. Treninqdə “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təqdimatlar keçirilib, biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili və s. barədə məlumat gənclərin diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, onlara Bakı Biznes Tədris Mərkəzi  tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmışdır.

 

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!