15 Oktyabr, 2014
AMEA-da kadr dəyişiklikləri həyata keçirildi – QƏRAR

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edilib.

Simsar.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin bugünkü iclasında Kitabxanasının direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli öz xahişi ilə tutduğu vəzifədən azad olunub. AMEA Rəyasət Heyətinin digər qərarı ilə isə tibb elmlər üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub

AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə isə texnika üzrə elmlər doktoru Oqtay Nüsrətov təyin edilib.

Digər bir qərarla Zəhra Əzizova qurumun elmi katibi vəzifəsinə təyin olunub.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!