12 Aprel, 2011
Interpol Elnur Məcidlini axtarır

Fəal gənc aksiyalara çağırışda ittiham olunur

Fransanın paytaxtı Parisdə yaşayan Elnur Məcidli barəsində beynəlxalq axtarış elan edilib.

APA-nın məlumatına görə, ona qarşı dövlət əleyhinə açıq çağırışlar maddəsi ilə cinayət işi başlanılıb və barəsində İnterpol xətti ilə axtarış elan olunub.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən E. Məcidlinin İnterpol xətti ilə axtarışa verilməsini təsdiqləyiblər.

Qeyd edək ki, E. Məcidli sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçılarından biridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!