14 Oktyabr, 2014
Ohanyan Şoyqunun Azərbaycana səfərindən danışdı

Ermənistan müdafiə naziri Seyran Oyanhan Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərinə münasibət bildirib.

Simsar.az-ın məlumatına görə, nazir Azərbaycanla Rusiyanın hərbi sahədə əməkdaşlığının daha dərinləşməsinin normal olduğunu və Rusiyanın Ermənistanla da əməkdaşlıq etdiyini bildirib.

"Xəzər dənizi ətrafı kifayət qədər çətin regiondur. Xəzəryanı ölkələr bir-birləri ilə əməkdaşlıq etməlidir. Biz bu əməkdaşlığa normal baxırıq. Əməkdaşlıq bu regionda təhlükəsizliklə bağlı problemləri aradan qaldıracaq", deyə Ohanyan bıldirib.

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu oktyabrın 13-də Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində iki ölkənin müdafiə nazirləri Əməkdaşlıq Planını imzalamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!