14 Oktyabr, 2014
Özil “Bavariya”ya keçəcək?

“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil “Bavariya”ya keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Simsar.az xəbər verir ki, şəxsi “twitter” hesabında açıqlama verən futbolçu: “Yaxın vaxtlarda “Arsenal”a kömək etmək üçün meydanlara qayıdacağam. Həm indi, həm də gələcək üçün”, - deyə bildirib.

Xatırladaq ki, yaxın günlərdə Britaniya mətbuatında yayılan xəbərlərə görə Məsut Özilin 30 milyon funt sterlinq qarşılığında “Bavariya”ya keçəcəyi qeyd olunmuşdu.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!