14 Oktyabr, 2014
AİP-dəki “ədavət”ə reaksiya: “Bu yol verilməzdir”

“İlahiyyatçılar və inanclı insanlar arasında bu cür ədavətin olması məntiqə sığmır”.

Simsar.az xəbər verir ki, bunu Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Hacı Akif Heydərli AİP-in sədr əvəzi Hacı Elçin Manafovla mətbuat xidmətinin sabiq rəhbəri Cavid Cabbarlı arasında yaranmış ədavətdən danışarkən deyib.

O bildiririb ki, C. Cabbarlı çox mədəni oğlandır. Həm jurnalist kimi fəaliyyət göstərir, həm də dini elmləri yaxşı bilir: “Düzdür, mətbuatda irad bildirilməsi ilə bağlı yazı getmişdi. Amma hədəyə rast gəlməmişəm. Bir daha maraqlanacam. Belə şeylər yol verilməzdir”.

A.Heydərli eləvə edib ki, E. Manafovun kimisə hədələməyi inandırıcı görünmür: “Mən buna inanmıram. O, mənim qarşımda bu vaxta kimi belə bir hərəkətə yol verməyib. Yüz faiz deyə bilmərəm ki, o, kimisə hədələyib. Amma həm də qətiyyən inanmıram”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!